“Bavariya” klubu “Benfika”ya məğlub olacağı təqdirdə Niko Kovaç istefaya göndərilə bilər
AzerTAg.az
Bakı, 26 noyabr, AZƏRTAC
“Bavariya” futbol klubunun baş məşqçisi Niko Kovaç komandasının UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da “Benfika” ilə ev oyununda məğlub olacağı təqdirdə istefaya göndərilə bilər.
AZƏRTAC “Sportbild”ə istinadla xəbər verir ki, “Bavariya”nın prezidenti Uli Hoeness baş məşqçi Niko Kovaça “Benfika” ilə oyun üçün son şans verib.
Almaniyanın bir sıra idman nəşrləri komandanın Portuqaliya təmsilçisinə məğlub olacağı təqdirdə rəhbərliyin xorvatiyalı mütəxəssisini istefaya göndərəcəyini bildirirlər.
N.Kovaç Bundesliqanın 12-ci turunda “Fortuna” ilə matçda heç-heçədən (3:3) sonra futbolçulara bərk qəzəblənib. Bu məğlubiyyətdən sonra “Bavariya” ilə lider “Borussiya Dortmund” arasındakı xal fərqi 9-a yüksəlib. Komanda hazırda 21 xalla beşinci sıradadır.

Xəbərin mətnində orfoqrafik səhv var