İDMAN
“Bavariya” klubu futbolçu Mancukiçi almaq niyyətindədir
Bakı, 10 iyul, AZƏRTAC
Almaniyanın “Bavariya” futbol klubu İtaliyanın “Yuventus” klubunun xorvat hücumçusu Mario Mancukiçi almaq imkanlarını nəzərdən keçirir. Bu barədə “Sportbild”ə istinadla “Qazeta.Ru” yazır.
Məlumatda deyilir ki, 33 yaşlı forvard 30 yaşlı polyak Robert Levandovskiyə alternativ kimi nəzərdən keçirilir.
AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, Mancukiçin “Yuventus”la müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulub. Almaniyanın “Transfermarkt” portalı hücumçunu 18 milyon avro məbləğində dəyərləndirir.
Mancukiç 2018/19-cu illər mövsümündə “Yuventus” uğrunda 33 oyun keçirib, 10 qol vurub və 7 səmərəli ötürmə edib.
Xorvat 2012-2014-cü illərdə “Bavariya”nın heyətində oynayıb. Həmin dövrdə klub uğrunda 54 matçda iştirak edib və 33 qol vurub, iki dəfə Almaniya çempionu olub, habelə Çempionlar Liqasını, UEFA Superkubokunu, klublar arasında dünya çempionatını və Almaniya Superkubokunu udub.
Daha əvvəl Mancukiç İspaniyanın “Atletiko”, Almaniyanın “Volfsburq”, Xorvatiyanın “Dinamo”, “Zaqreb” və “Marsoniya” klublarının heyətində oynayıb. O, 89 matç keçirib, Xorvatiya yığması üçün 33 qol vurub. Forvard 2018-ci ildə milli komandanın heyətində Rusiyada dünya çempionatının gümüş mükafatçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]