İDMAN
“Bavariya” klubunun hücumçusu Robert Levandovski zədələnib
Bakı, 27 fevral, AZƏRTAC
Almaniyanın “Bavariya” futbol klubunun hücumçusu Robert Levandovski zədələnib.
AZƏRTAC xəbər verir ki, 31 yaşlı polşalı hücumçu UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində İngiltərənin “Çelsi” komandası ilə birinci matçda (3:0) sol dizindən zədə alıb. Onun sol dizində çat əmələ gəldiyi üçün bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, R.Levandovski London təmsilçisi ilə görüşdə komandasının üçüncü qolunu vurub. Polşalı hücumçu cari mövsümdə Bundesliqda 23 oyunda 25 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]