İDMAN


“Bavariya” klubunun rəhbərliyi Robert Levandovski ilə yeni müqavilə bağlamaq niyyətindədir

Bakı, 7 mart, AZƏRTAC

“Bavariya” futbol klubunun rəhbərliyi polşalı hücumçu Robert Levandovski ilə yeni müqavilə imzalamaq niyyətindədir.

AZƏRTAC Almaniya mətbuatına istinadla xəbər verir ki, 30 yaşlı hücumçu ilə 2023-cü ilin yayınadək qüvvədə olan yeni müqavilənin imzalanması nəzərdə tutulur. “Bavariya” klubu yayda “Leypsiq”dən Timo Verneri transfer etmək fikrindədir. Lakin Münxen klubu R.Levandovskini komandadan kənarlaşdırmaq istəmir. Buna səbəb yay transferində Arien Robbenin və Frank Riberinin klubdan ayrılmasıdır.

Polşalı hücumçu cari mövsümdə “Bavariya”da keçirdiyi 33 görüşdə 27 dəfə fərqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.