İDMAN


“Bavariya” komandasının qapıçısı Manuel Noyer Çempionlar Liqasında “Liverpul” ilə oyunu buraxa bilər

Bakı, 4 fevral, AZƏRTAC

Almaniyanın “Bavariya” futbol klubunun qapıçısı Manuel Noyer zədəsinin ciddi olması ilə əlaqədar UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Liverpul” komandası ilə görüşü buraxa bilər.

AZƏRTAC xəbər verir ki, klubun baş məşqçisi Niko Kovaç Almaniya mətbuatına açıqlamasında 31 yaşlı qapıçının zədəsinin sağalma müddətinin məlum olmadığını bildirib. O deyib ki, Noyer bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Hətta fevralın 19-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində “Liverpul” ilə ilk görüşdə də qapıçının iştirakı sual altındadır.

Xatırladaq ki, qolkiper “Bayer Leverkuzen” ilə qarşılaşmadan əvvəl məşq zamanı əlindən zədə almışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.