İDMAN


“Bavariya” tarixində 20-ci dəfə Almaniya kubokunun qalibi olub

Bakı, 5 iyul, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Almaniya kubokunun final görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkə kubokunun həlledici görüşündə “Bayer Leverkuzen” klubu “Bavariya” komandası ilə üz-üzə gəlib. Görüş “Bavariya”nın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Münhen təmsilçisinin heyətində David Alaba, Serj Qnabri, Robert Levandovskiy (2), “Bayer Leverkuze”nin heyətində isə Sven Bender və Kai Havertz fərqləniblər.

Beləliklə, “Bavariya” tarixində 20-ci dəfə Almaniya kubokunun qalibi olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.