DÜNYA


Bavariyada turist avtobusu yanıb, 31 nəfər xəsarət alıb

Bakı, 3 iyul, AZƏRTAC

Bavariyada yol-nəqliyyat hadisəsi zamanı turist avtobusunun yanması nəticəsində 31 nəfər xəsarət alıb, yaralıların bəzilərinin vəziyyəti ağırdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə iyulun 3-də səhər saatlarında A9 şosesində baş verib. Avtobus naməlum səbəblərə görə yük maşını ilə toqquşaraq alışıb.

İlkin məlumata görə, avtobusda 46 nəfər sərnişin və iki sürücü olub. Hazırda avtomobil şosesi bağlanıb, qəzanın baş verdiyi yerdə xilasedicilər və polis əməkdaşları işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.