İDMAN


“Bavariya”nın qapıçısı iki həftə yaşıl meydanlardan uzaq qalacaq

Bakı, 15 aprel, AZƏRTAC

Almaniyanın “Bavariya” futbol klubunun qapıçısı Manuel Noyer zədələnib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 33 yaşlı almaniyalı qapıçı Bundesliqanın XXIX turunda “Fortuna” ilə görüşün 53-cü dəqiqəsində ayağından zədə alıb. Münxen klubunun həkimləri qapıçının zədəsinin ciddi olduğunu bildiriblər. Bu səbəbdən Noyer 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Almaniyalı qapıçı “Verder” və “Nürnberq”lə qarşılaşmaları buraxacaq.

Qeyd edək ki, Noyer cari mövsümdə Münxen təmsilçisinin heyətində 37 oyun keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.