İDMAN


“Bavariya”nın yarımmüdafiəçisi “Liverpul”a keçməyə yaxındır

“Bavariya”nın yarımmüdafiəçisi “Liverpul”a keçməyə yaxındır

Bakı, 3 iyul, AZƏRTAC

Almaniyanın “Bavariya” futbol klubunun yarımmüdafiəçisi Tiaqo Alkantara “Liverpul”a keçməyə yaxındır.

AZƏRTAC xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi ilə İngiltərə klubu arasında danışıqlar inkişaf mərhələsindədir. Bildirilib ki, Münhen təmsilçisi bu transferdən ən azı 35 milyon avro qazanmaq istəyir. “Liverpul” isə qiyməti aşağı salmaq və ya məbləği hissə-hissə ödəməklə bağlı razılıq əldə etməyə çalışır.

Qeyd edək ki, T.Alkantaranın “Bavariya” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.