DÜNYA


“Bavi” tropik qasırğası Okinava prefekturasına yaxınlaşır

Tokio, 23 avqust, AZƏRTAC

Çox güclü “Bavi” tropik qasırğası Yaponiyanın cənubunda yerləşən Okinava prefekturası istiqamətində hərəkət edərək, Sakişima adalarının sahillərinə yaxınlaşır.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, qasırğanın Okinava adasına və Kaqoşima prefekturasının Amami rayonuna bazar günü çatacağı gözlənilir.

Meteoroloqlar həmin rayonda güclü küləyin, hündür dalğaların və leysan yağışların bazar ertəsi də davam edəcəyi barədə xəbərdarlıq ediblər.

Qeyd edilir ki, qasırğanın mərkəzində küləyin sürəti saatda 108 kilometrə, arabir 144 kilometrə çatacaq.

Proqnozlara əsasən, qasırğanın çərşənbə günü Kyuşü prefekturasının əsas adasına yaxınlaşacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.