Baxımsız vəziyyətdə yaşayan 5 azyaşlı uşaq Sosial Xidmətlər Agentliyinin müəssisəsinə gətirilib
AzerTAg.az
Bakı, 17 yanvar, AZƏRTAC
Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşadıqları barədə məlumat yayılan 5 azyaşlı uşağın məişət zorakılığı ilə üzləşdiyi müəyyən edildiyindən onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilməsi qərara alınıb.
AZƏRTAC xəbər verir ki, artıq azyaşlılar Sosial Xidmətlər Agentliyinin müəssisəsinə gətiriliblər. Bundan sonra onlar məişət zorakılığından zərərçəkənlərlə bağlı xüsusi şöbədə Agentliyin peşəkar mütəxəssislərinin iştirakı ilə reabilitasiya prosesi keçəcəklər. Prosesin davamında uşaqların reabilitasiyasının nəticəsinə uyğun olaraq onların rifahı üçün aidiyyəti tədbirlər görülməsi barədə qərar qəbul ediləcək.










Xəbərin mətnində orfoqrafik səhv var