Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Baxışovlar ailəsi 27 illik həsrətdən sonra Kəlbəcərin azad edilməsinin sevincini yaşayır VİDEO

Gəncə, 27 noyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbənin sevincini yaşayanlar arasında 27 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən doğma yurdlarından didərgin düşərək məcburi köçkün vəziyyətinə salınmış Kəlbəcər sakinləri də var.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, doğma rayonlarının azad olunduğunu eşidən kəlbəcərlilər kimi, Baxışovlar ailəsi də sevinclərini sözlə ifadə edə bilmədiklərini, 25 noyabr tarixinin onların həyatında ən xoşbəxt gün olduğunu qeyd ediblər.

Kəlbəcərin Qaraçanlı kəndində anadan olan Şikar Baxışov deyib: “Sevincimizin həddi-hüdudu yoxdur. Uşaqlıq, gənclik illərimi həmin rayonda keçirmişəm. Taleyimiz elə gətirdi ki, artıq 27 ildir məcburi köçkün vəziyyətində yaşayırıq. Noyabrın 25-də biz kəlbəcərlilər sanki yenidən həyata gəldik. Məcburi köçkün adının üzərimizdən götürülməsinin sevincini yaşayırıq. Mən Kəlbəcərin azad olunması münasibətilə özüm və ailə üzvlərim adından bütün kəlbəcərliləri təbrik edirəm. Belə bir sevincli günü bizə yaşatdığına görə başda Müzəffər Ali Baş Komandanımız olmaqla qəhrəman ordumuza təşəkkürümü bildirirəm. Hazırda Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə qazandığımız nailiyyətlər tarixi uğur baxımından böyük əhəmiyyət kəsb edir. Torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız mübarizədə hər zaman yanımızda olan, bizə mənəvi dəstək verən Türkiyə xalqına və dövlətinə, eyni zamanda, bizə dəstək olan dost Pakistan xalqına minnətdarlığımızı ifadə edirik. Bu haqq mübarizəsi bizə dostlarımızı və düşmənlərimizi tanımağa imkan yaratdı. Eləcə də bu döyüşlərdə canından keçən şəhidlərin, belə qəhrəman oğulları yetişdirən şəhid anaları qarşısında baş əyirəm. Bu hadisələr əsgərlərimizin cəsurluğunu, Ordumuzun yenilməzliyini göstərdi”.

Şikar Baxışov bildirib ki, bizim üçün artıq Kəlbəcərə qayıtmaq həsrətinə son qoyulur. Hamı həsrətlə doğma yurdlarına, ocağına qayıdacağı günü gözləyir. Bu barədə sonsuz arzularımız və çoxlu planlarımız var. Televiziyada ermənilərin Kəlbəcərdə dağıntı işləri ilə məşğul olduqlarını gördük. Mənfur qonşularımız evləri dağıdır, meşələrimizdə ağacları qırırlar. Onlar bununla mənfi xislətli xalq olduqlarını göstərirlər. Amma biz ruhdan düşmürük. Əksinə, doğma yurdumuzu bərpa etmək istəyirik. Əminik ki, biz tezliklə o ocaqlara qayıdacaq, oranı yenidən gülüstana çevirəcəyik.

Kəlbəcərlə bağlı xatirələrinin çox olduğunu vurğulayan Şikar Baxışov deyib: “1993-cü ilin martında əmim oğlunun toy mərasiminə hazırlaşırdıq. Ağlımıza gəlməzdi ki, biz doğma yurdumuzu tərk edəcəyik. Amma rayon mərkəzinə gedəndə orada əhalinin Kəlbəcəri tərk etməsi barədə xəbərlər eşitdik. Qurduğumuz toy mağarımız da orada qaldı. Biz sonralar həmin anları xatırlayanda kövrəlirik. Mənfur qonşularımızın bizə qarşı başlatdıqları bu işğal siyasəti bizim yaddaşımızda dərin izlər qoyub. Buna baxmayaraq, Müzəffər Ali Baş Komandanımızın və Ordumuzun sayəsində biz artıq Kəlbəcərin işğaldan azad olunması gününü sevinclə qeyd edirik. İnanıram ki, tezliklə yenə də Kəlbəcərdə toy mağarları qurulacaq. Azərbaycanın digər bölgələrindən olan həmvətənlərimizi isə orada qonaq qəbul edəcəyik. Beləliklə, Kəlbəcər yenidən xoş və firavan günlərinə qovuşacaq”.

Ev sahibinin xanımı İradə Baxışova deyib ki, bütün Kəlbəcər sakinləri, o cümlədən bizim ailənin də ən böyük arzusu rayonumuzun işğaldan azad olunması idi. Odur ki, noyabrın 25-i biz kəlbəcərlilər üçün ən yadda qalan günlərdən biridir. Ona görə ki, 27 illik həsrətə son qoyulur. Biz artıq doğma torpağımız Kəlbəcərə qayıdırıq. İyirmi yeddi il əvvəl biz Kəlbəcərdən ağlaya-ağlaya çıxmışdıq, ancaq indi isə oraya gülə-gülə qayıdacağıq.

“Kəlbəcər rayonu bizim üçün ən müqəddəs yerdir. Çünki biz orada böyümüşük. Kəlbəcər mənim üçün ata ocağıdır. O vaxtlar mən Abdullauşağı kəndində müəllimə işləyirdim. Ona görə o günləri mən heç vaxt unuda bilmirəm. Mən yenə də kəndimizə qayıdaraq dərs dediyim şagirdlərimin övladlarına dərs deməyi arzulayıram. Şagirdlərimə 27 ildə ermənilərin bizə çəkdirdikləri o əzablardan, torpaqlarımızı viran qoymaqlarından, onlara ermənilərin vəhşiliklərindən danışım ki, övladlarımız da onu unutmasın və bunu gələcək nəsillərə çatdırsınlar”, - deyə İradə müəllimə vurğulayıb.

İradə Baxışova qeyd edib ki, biz nəinki Kəlbəcərin, həmçinin digər rayonların işğaldan azad olunmasında canından keçmiş şəhidlərimizi unutmamalıyıq. Çünki o torpaqlar şəhidlərimizin, bizim balalarımızın qanı bahasına alınıb. Bir ana kimi şəhidlərimizin valideynlərinin əllərindən öpürəm.

Noyabrın 10–da böyük qələbə sevincini televiziyadan eşidəndə sevincdən ağladıqlarını bildirən İ.Baxışova qeyd edib: “Kəlbəcərə, doğma torpağımıza qayıdacağımız üçün Müzəffər Ali Baş Komandana dərin təşəkkürümü bildirirəm. Kəlbəcər ərazi baxımından respublikamızın ən böyük rayonlarından və ən gözəl guşələrindən biridir. Qızıl yataqları, mineral isti suyu və digər sərvətləri ilə məşhurdur. Kəlbəcərə getsəm, ilk öncə qəbiristanlığa gedib əzizlərimin məzarlarını ziyarət edəcəyəm. Sonra da müəllimə işlədiyim məktəbin sinif otağına gedəcəyəm”.

Valideynlərinin, nənə-babalarının ona danışdıqları əsasında doğma rayonları barədə təsəvvürlərinin geniş olduğunu diqqətə çatdıran Baxışovlar ailəsinin qızı Səkinə Baxışzadə bildirib: “Mən həmişə indi oxuduğum məktəbdə keçirilən tədbirlərin gələcəkdə Kəlbəcərdə təşkil edilməsini arzulayırdım. Hətta məktəbdə son zəng günündə Kəlbəcərə aid “Nə ilk zəngin, nə son zəngin səsi var” adlı şeir demişdim. İnşallah, bundan sonrakı son zəngləri Kəlbəcərdə keçirərik.

Mən və valideynlərim ərazilərimizin, o cümlədən Kəlbəcərin işğaldan azad olunması xəbərini illərdir gözəyirdik. Amma əmin idik ki, bir gün bu torpaqlarımıza geri qayıdacağıq. Bu sevincli xəbəri eşidəndə valideynlərimiz göz yaşlarını tuta bilmədilər. Bu, çox qürurverici hissdir. Çünki biz artıq doğma topraqlarımıza geri qayıdırıq. Buna görə Müzəffər Ali Baş Komandanımıza, əsgərlərimizə təşəkkürümü bildirirəm. Şəhidlərimiz olmasaydı, torpaqlarımız geri qayıtmazdı. İnşallah, ailəmiz də yaxın zamanlarda Kəlbəcərə qayıdacaq. Mən ata-anamın maraqla danışdığı o füsunkar yerlərə gedərək oraları görəcəyəm. Hətta anam Kəlbəcərə qayıdanda orada dalğalandırmaq üçün altı metrlik bayraq da tikib”.

Baxışovlar ailəsi 27 illik həsrətdən sonra Kəlbəcərin azad edilməsinin sevincini yaşayır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir