DÜNYA


Bayden Arizona və Corciyada, Tramp isə Şimali Karolinada qalib gəlib

Vaşinqton, 14 noyabr, AZƏRTAC

ABŞ-ın yeni seçilən Prezidenti Co Bayden cümə günü Arizona və Corciya ştatlarının seçkiçilərinin səsini qazanıb, Tramp isə Şimali Karolinada qələbəyə nail olub.

AZƏRTAC Arizona ştatının dövlət katibinin bəyanatına istinadla xəbər verir ki, təqribən bütün səslərin hesablanmasında Bayden ümumxalq seçkilərində iştirak edən Arizona ştatı sakinlərinin 3,4 milyondan artıq səslərindən təqribən 49,4 faizini toplayıb. Tramp, öz növbəsində, 49,08 faiz səs qazanıb. Bundan başqa, Corciya ştatının dövlət katibinin ofisi bildirib ki, onların ştatında Bayden 49,52 faiz, Tramp isə 49,24 faiz səs toplayıb. Beləliklə, Bayden Arizonadan 11 və Corciyadan 16 seçkiçinin səsini qazanıb.

Bununla Baydenə seçkiçilər kollegiyasından verilən səslərin sayı artaraq 306-a çatıb, beləliklə də onun prezident seçkilərində qələbəyə daha da yaxınlaşmasına zəmanət verib. Tramp cümə günü Şimali Karolinada seçkiçilərin 15 səsini qazanıb. Bununla da o, 232 səsə sahib olub.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.