DÜNYA


Bayden administrasiyası Culian Assanjın ekstradisiyasına nail olmaq niyyətindədir

Bakı, 13 fevral, AZƏRTAC

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası “WikiLeaks” saytının qurucusu Culian Assanjın ekstradisiyasına nail olmaq niyyətindədir.

AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi artıq Culian Assanjın Amerikaya ekstradisiyasını əngəlləyən qərarın ləğvi üçün Britaniya məhkəməsi qarşısında iddia qaldırıb.

Qeyd edək ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Jurnalist eləcə də Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraitləri barədə məlumatlar yayıb.

2012-ci ildə İsveç ona qarşı seksual cinayət ittihamı irəli sürdükdən sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” Ekvador hökumətinin razılığından sonra Assanjı bu ölkənin səfirliyində həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.

Bu il yanvar ayının əvvəlində London məhkəməsi Culian Assanjın ekstradisiyası ilə bağlı ABŞ hakimiyyətinin sorğusunu rədd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.