İDMAN


“Bayer” müdafiəçi Tin Edvay ilə müqaviləni yeniləyib

Bakı, 18 oktyabr, AZƏRTAC

“Bayer Leverkuzen” futbol klubu müdafiəçi Tin Edvay ilə müqaviləni yeniləyib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, xorvatiyalı futbolçunun müqavilə müddəti 2023-cü il iyunun 30-dək uzadılıb.

Futbolçu bildirib ki, “Bayer” həmişə məni dəstəkləyib. Ən çətin anlarımda məni tək qoymayıb. Mən özümü “Bayer”də evdəki kimi hiss edirəm. Komandamızın gözəl gələcəyi var və biz birlikdə böyük uğurlara imza ata bilərik.

Edvay “Bayer”ə 2015-ci ildə “Roma”dan keçib. Xorvatiyalı müdafiəçi cari mövsüm Almaniya klubunun heyətində 4 oyunda meydana çıxıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.