CƏMİYYƏT


Bayılda neft buruqlarının mühərriklərini oğurlayan şəxslər saxlanılıblar VİDEO

Bakı, 24 sentyabr, AZƏRTAC

Səbail rayonunun Bayıl qəsəbəsindəki neft buruqlarının mühərrikləri oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə əlaqədar Səbail Rayon Polis İdarəsinə müraciət edilib və müxtəlif vaxtlarda qəsəbə ərazisində 5 neft mühərrikinin naməlum şəxslər tərəfindən oğurlandığı barədə məlumat verilib. İdarənin əməkdaşları tərəfindən dərhal “isti izlər”lə əməliyyat-axtarış tədbiri keçirilib. Cinayətləri törətməkdə şübhəli bilinən paytaxt sakini Tərlan İbadov və İmişli rayon sakini Elnur Ağayev saxlanılıblar. Hər iki şəxs ifadələrində 5 mühərrik oğurladıqlarını və paytaxtın Nizami rayonunda satdıqlarını bildiriblər. Oğurlanmış əşyalar polis əməkdaşları tərəfindən satıldığı obyektdə aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb. Hazırda saxlanılan şəxslərin cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.