REGİONLAR


Bayrağımız müstəqilliyimizin rəmzidir

Xırdalan, 9 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Xırdalan şəhərində 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycanın dövlət himni oxunub. Sonra şagirdlərin hazırladıqları fləşmob və ədəbi-bədii kompozisiya təqdim olunub.

Mərkəzin foyesində Dövlət Bayrağı Gününə həsr olunan rəsm sərgisi və qədim dövrlərdən başlayaraq bu günümüzədək mövcud olmuş bayraqlar nümayiş etdirilib.

Bayram tədbirində dövlət bayrağının rəmzi mənalarından, onun milli-mənəvi dəyərlərindən söz açılıb. Qeyd edilib ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub.

Tədbir incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.