İQTİSADİYYAT


Bayram günlərində 537 mindən çox şəxs gömrük sərhədindən keçib

Bakı, 9 yanvar, AZƏRTAC

Bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərən gömrük orqanları şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə həyata keçirilməsini təmin edib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, bayram ərəfəsi və tətil günlərini əhatə edən 10 gün ərzində xaricə səyahət edən və ölkə ərazisinə daxil olan şəxslərin sayında ciddi artım müşahidə olunub. Belə ki, bu müddət ərzində ümumilikdə 537 min 224 şəxs və 44 min 21 yüngül minik nəqliyyat vasitəsi ölkənin gömrük sərhədindən keçib. Bu da gün ərzində 53 mindən çox sərnişin, 4400-dən artıq minik avtomobili deməkdir.

Bütün gömrük nəzarəti tədbirləri qanunvericiliyə uyğun, eyni zamanda, şəxslərin rahatlığını və məmnuniyyətini təmin edəcək şəkildə həyata keçirilib. Beynəlxalq praktika da nəzərə alındıqda qısa müddət ərzində bu həcmdə sərnişin və nəqliyyat axınının, bəzi istisnalar xaric, idarə edilməsi onu deməyə əsas verir ki, gömrük orqanları üzərinə düşən vəzifəni uğurla yerinə yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.