İQTİSADİYYAT


Bayram günlərində Bakı Avtovağzalından ümumilikdə 60 mindən çox sərnişin daşınıb

Bakı, 22 mart, Elvin Camalov, AZƏRTAC

Novruz bayramı ərəfəsində və bayram günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumilikdə 60 mindən çox sərnişin bölgələrə yola salınıb.

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən AZƏRTAC-a bildirilib ki, martın 18-də ümumilikdə 514 reyslə 14 min 300 sərnişin yola salınıb. 2100 sərnişin biletləri əvvəlcədən əldə edib (onlayn və qabaqcadan satış kassalarından). Martın 19-da ümumilikdə 584 reyslə 17 min 800 sərnişin yola salınıb, qabaqcadan bilet alanların sayı isə 5000 nəfər olub.

Həmçinin martın 20-də ümumilikdə 513 reyslə 14 min 742 sərnişin yola salınıb, biletləri qabaqcadan əldə edən sərnişinlərin sayı 3303 nəfərdir. Martın 21-də isə təxminən 13-14 min nəfər sərnişin daşınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.