CƏMİYYƏT


Bayram günlərində Bakıda təcili yardıma adi günlərlə müqayisədə daha çox müraciət daxil olub

Bakı, 4 yanvar, AZƏRTAC

Bayram günlərində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərdə adi günlərlə müqayisədə 200-300 artım müşahidə olunub. Müraciətlərin atması həm də həmin günlərdə poliklinika və digər tibb müəssisələrinin işləməməsi ilə əlaqədar olub.

Bu barədə AZƏRTAC-a stansiyanın baş həkiminin müavini İradə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, həmin günlərdə qida zəhərlənməsi və pirotexniki vasitələrdən xəsarətalma faktı qeydə alınmayıb. Müraciətlər daha çox xroniki xəstələr, uşaqlar və yaşlılarla əlaqədar olub.

Bayram günlərində 21 xarici vətəndaşa da ilkin tibbi yardım göstərilib və həmin müraciətlərdə kəskin respirator xəstəliklər, hərarət və arterial təzyiqlə bağlı şikayətlər çoxluq təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.