İQTİSADİYYAT


Bayram günlərində “Teleradio” kommersiya telepaketini açıq yayımlayacaq

Bayram günlərində “Teleradio” kommersiya telepaketini açıq yayımlayacaq

Bakı, 4 may, AZƏRTAC

Bayram günləri ilə əlaqədar olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi (“Teleradio”) tərəfindən təqdim olunan kommersiya televiziya paketi açıq yayımlanacaq.

“Teleradio”dan AZƏRTAC-a bildirilib ki, qurumun Gəncə, Quba və Lənkəran Radio-Televiziya Yayım Stansiyalarından çoxproqramlı (82 xarici TV proqram) TV yayım mayın 9-dan 20-dək açıq (kodsuz) yayımlanacaq.

Qeyd edək ki, hazırda bölgələrdə kommersiya yayımına qoşulmaq imkanı qeyd olunan şəhər və rayonlardan başqa, həmçinin ətraf ərazilərdə (Samux, Yevlax, Mingəçevir, Şəmkir, Goranboy, Göygöl, Astara, Masallı, Cəlilabad, Qusar, Xaçmaz, Dəvəçi və sair) mümkündür. Kommersiya yayımının qiyməti əhalinin sosial durumuna nəzərən uyğunlaşdırılıb və aylıq abunə haqqı 6 AZN təşkil edir.

Siyahı ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz: https://teleradio.az/elan-3/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.