İQTİSADİYYAT


Bayram günlərində avtovağzallardan 111 mindən çox sərnişin daşınıb

Bakı, 3 yanvar, Elvin Camalov, AZƏRTAC

Bayram günlərində respublika üzrə avtovağzallardan avtobuslarla 111 mindən çox sərnişin daşınıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 28-dən yanvarın 3-nə qədər respublika üzrə 111 min 66 sərnişin tam təhlükəsiz şəkildə daşınıb.

Qeyd edək ki, regionlarda həftənin sonuna qədər istirahətini davam etdirən sərnişinlər üçün Dövlət Avtomobil Nəqliyyatı Xidməti respublikanın ümumilikdə 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejiminin müddətini yanvarın 5-nə kimi uzadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.