İQTİSADİYYAT
Bayram günlərində banklar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) tövsiyəsi ilə 29 dekabr – 2 yanvar bayram günləri ərzində bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə rahat çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 23 bankın 118 filial və şöbəsi (9 bank üzrə 12 satış nöqtəsi 24 saat rejimində olmaqla) 29 dekabr – 2 yanvar tarixlərində müştərilərə xidmət göstərəcək.
Bayram günlərində palata tərəfindən yaradılmış bankların fəaliyyətinə nəzarət üzrə xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. İstehlakçılara fasiləsiz xidmət göstərən qaynar xətt vasitəsilə hər hansı sual və şikayətlə palataya müraciət etmək mümkün olacaq.
Əlaqələndirici: Rövşən Məmmədli
E-mail: [email protected]
Qaynar xətt: (+994) 55 493 72 67
Gücləndirilmiş iş rejimində çalışacaq bankların iş qrafiki cədvəldə təqdim edilir.