CƏMİYYƏT


Bayram günlərində bəzi rayonlarda gözlənilən hava şəraiti

Bayram günlərində bəzi rayonlarda gözlənilən hava şəraiti

Bakı, 19 mart, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bayram günlərində bəzi rayonlarda gözlənilən hava proqnozunu açıqlayıb.

Xidmətdən AZƏRTAC-a verilən xəbərə görə, Qəbələ rayonunun bəzi yerlərində fasilələrlə yağış yağacağı, martı 22-si axşam tədricən kəsiləcəyi, martın 23-24-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, sürəti 3-8 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 5-7°, gündüz 12-15° isti olacağı proqnozlaşdırılır.

Şahdağda (Qusar) havanın arabir yağıntılı olacağı, mart ayının 20-si gündüz, 21-i axşam, 22-si gecə və səhər arabir qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, sürəti saniyədə 3-8 metr olacaq. Havanın temperaturunun gecə 2-4°, gündüz 0-2° şaxta olacağı ehtimal edilir.

Lənkəran rayonunun bəzi yerlərində fasilələrlə yağış yağacağı, martın 22-si gündüz tədricən kəsiləcəyi, martın 23-24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 7-9°, gündüz 13-16° isti olacağı bildirilir.

İsmayıllı rayonunda martın 20-si gündüzdən 22-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Martın 23-24-də hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 3-8 metr olacaq. Havanın temperaturunun gecə 5-7°, gündüz 13-15° isti olacağı ehtimalı var.

Şəki rayonunun bəzi yerlərində fasilələrlə yağış yağacağı, martın 22-si gündüz tədricən kəsiləcəyi, martın 23-24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 5-7°, gündüz 12-15° isti olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.