İQTİSADİYYAT


Bayram tətili günlərində 13 küçə və prospektdə təmir işləri aparılıb VİDEO

Bayram tətili günlərində 13 küçə və prospektdə təmir işləri aparılıb VİDEO

Bakı, 28 mart, AZƏRTAC

Bayram tətili günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bir-neçə küçə və prospektdə təmir işləri aparılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri zamanı deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Daha sonra üfüqi nişanlama xətlərinin çəkilişi işləri görülüb. Təmir işləri 13 küçə və prospektin 30 min kvadratmetrdən çox sahəsində aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.