MƏDƏNİYYƏT
Bayraq günü Sabirabadda təntənəli şəkildə qeyd edilib
Bakı, 7 noyabr, AZƏRTAC
Sabirabadda Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” adlı tədbir keçirilib.
Rayon Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Sabirabad rayon Gənclər və İdman İdarəsi, YAP Sabirabad rayon Gənclər Birliyinin üzvləri, habelə rayon Regional Mədəniyyət İdarəsinin kollektivi, Sabirabad “ASAN xidmət” mərkəzinin könüllüləri, ictimaiyyətin nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Gənclər 2 kilometr məsafəni qət edərək rayon ərazisində yerləşən Dövlət Bayrağı Muzeyinə qədər 40 metr uzunluğunda olan üçrəngli bayrağımızı çiyinlərində daşıyıblar.
İştirakçılar müxtəlif şüar və yüksək əhval-ruhiyyə ilə şəhər camaatının diqqətini cəlb edib. Yürüş Bayraq Meydanında “Azərbaycan” adlı flaşmob və bayram konserti ilə yekunlaşıb.
Yürüşdə 2 mindən çox insan iştirak edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı müvafiq Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:41]
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
- 19.04.2024 [21:42]
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]