REGİONLAR


Baytarlar Gəncədə profilaktik peyvəndləmə tədbirlərinə və diaqnostik müayinələrə başlayıblar

Bakı, 13 fevral, AZƏRTAC

Cari ilin ilk günlərindən başlayaraq bütün ölkə ərazisində olduğu kimi, Gəncə şəhərində də heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Şəhər Baytarlıq İdarəsi tərəfindən indiyə kimi şəhərin ayrı-ayrı təsərrüfatlarında 1300 baş iribuynuzlu heyvanda qarayara, 296 baş qapı itində quduzluq, 460 baş quşda (“La-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə və 11000 kvadratmetr sahədə profilaktik dezinfeksiya işləri görülüb. Həmçinin 32 baş atda manqo, 294 baş iribuynuzlu heyvanda vərəm, 87 baş iribuynuzlu heyvanda bruselyoz xəstəliklərinə görə diaqnostik müayinə aparılıb, xəstəliklərə yoluxma halı qeydə alınmayıb. Eləcə də Avstriyadan idxal olunan 186 baş “Simmental” cinsli heyvandan olan damazlıq düyələrdə dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə aparılıb və bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunəsi götürülüb.

Fevralın ayının 10-dan Gəncədə iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A, O, “Asiya-1” tipinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 1300 baş iribuynuzlu heyvanda bu tədbir aparılıb.

Xatırladaq ki, dabaq xəstəliyi də digər iti yoluxucu xəstəliklər kimi, “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı”a daxil edilib.

Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verərək, təsərrüfatlarında baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunmasını tövsiyə edirlər.

Gəncə şəhəri ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.