CƏMİYYƏT
Baytarlıq preparatlarının istifadəsinin elmi qiymətləndirilməsi həyata keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Heyvan sağlamlığı şöbəsi tərəfindən “Baytarlıq preparatlarının heyvandarlıqda istifadəsinin elmi qiymətləndirilməsi” layihəsi hazırlanıb.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, sənəd layihəsi institutun və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirak etdiyi elmi komitədə müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, layihənin hazırlanmasında məqsəd ölkəmizə idxal olunan baytarlıq preparatlarının, xüsusilə antibiotiklərin dövriyyəsinin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla tənzimlənməsini həyata keçirməkdir.
İlkin mərhələdə ölkəyə idxal olunan antibiotiklərin quşçuluq təsərrüfatlarında rasional istifadəsinin araşdırılması nəzərdə tutulur. Araşdırmaların nəticələri inkişaf etmiş ölkələrdə heyvanların yemlənməsində istifadəsi qadağan olunmuş baytarlıq preparatlarının ölkəmizdə heyvandarlıq təsərrüfatlarında istifadəsinə dair zəruri məhdudiyyətlərin tətbiqinə imkan verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]