MƏDƏNİYYƏT


“Becoming Led Zeppelin” sənədli filminin videoçarxı internetdə yayımlanıb

Bakı, 7 sentyabr, AZƏRTAC

“Becoming Led Zeppelin” sənədli filmi Venesiya Kinofestivalında nümayiş olunandan sonra filmin rəsmi videoçarxı internet məkanında yayımlanıb.

AZƏRTAC guitar.com saytına istinadla xəbər verir ki, bir dəqiqəlik videoçarxda “Led Zeppelin” qrupunun səhnədə tamaşaçıları öz ifası ilə necə sehrləməsi, göydə uçan sonradan alov içində yanıb partlayan dirijablın ağ-qara görüntüləri və digər arxiv materiallar əks olunub.

Məlumatda qeyd olunub ki, sənədli filmdə qrupun bərpa edilmiş audio və videokadrlarından ibarət tam ölçüdə yazılan mahnıları təqdim olunacaq.

Bildirilib ki, qrupun yaradıcısı Cimi Peyc filmin premyerasında iştirak edib və layihədən məmnun qalıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.