CƏMİYYƏT


Bədən Tərbiyəsi və İdman Akademiyası ilə “Asan Radio” arasında əməkdaşlıq uğurla davam edir

Bakı, 30 noyabr, AZƏRTAC 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ötən ildən etibarən tədrisinə başlanılan idman jurnalistikası magistr proqramında təlim-tədris prosesi uğurla davam etdirilir. Proqram çərçivəsində yerli və xarici mütəxəssislər tərəfindən müxtəlif modullar tədris olunmaqdadır. Onlardan biri də radio jurnalistika moduludur.

AZƏRTAC xəbər verir ki, tədrisi ingilis dilində aparılan proqramda beynəlxalq təcrübə ilə yanaşı, yerli təcrübənin də mənimsənilməsinə böyük önəm verilir. Bu baxımdan radio jurnalistika modulunun tədrisi “ASAN Radio” ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Modulun tədrisi “ASAN Radio”nun proqram direktoru Zaur Baxşıyev tərəfindən tədris edilir. Tədris müddətində tələbələr radio jurnalistikası sahəsində nəzəri biliklərlə yanaşı, praktik məlumatlar da əldə edir, radioda real iş mühiti ilə tanış olurlar. Belə ki, tədris prosesinin bir hissəsi məhz “ASAN Radio” aparılır. Tələbələr burada “ASAN Radio”nun efir otaqları ilə yaxından tanış olmaq, radio proqramlarının strukturunu formalaşdırmaq, həmçinin musiqi tərtibatını planlamaq imkanı əldə edirlər. Bundan əlavə, tələbələr “ASAN Radio”da bir sıra tanınmış radio aparıcıları idman jurnalisti Gündüz Abbaszadənin və radionun rəhbəri Emin Musəvinin dərslərinə qatılıblar.

Emin Musəvi görüşdə hazırda jurnalistikanın müasir tendensiyalarından söhbət açıb, media sahibkarlığı mövzusuna toxunub, həmçinin idman jurnalistikası magistr proqramı haqqında fikirlərini bölüşüb. O, gələcəkdə idman jurnalistikası magistr proqramı, ümumilikdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib.

Sonda tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.