İDMAN
Bədən Tərbiyəsi və İdman Akademiyasında “ComplexCore+” təlimi keçirilib
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycanda ilk dəfə “ComplexCore+” proqramı üzrə təlim keçirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Akademiyasından AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin, Akademiyasının təşkilatçılığı ilə keçirilən təlim “ComplexCore+” üçsəviyyəli təlimin birinci səviyyəsidir.
“ComplexCore+” məşq və fiziki terapiya üçün fiziki hərəkətləri seçməkdə və planlamaqda dəstək olmaqla yanaşı, bədənin gövdəsi, yuxarı və aşağı ətraflar üçün məqsədyönlü müxtəlif fiziki hərəkətlər kompleksini əhatə edir.
Təlimin məqsədi iştirakçıların fiziki hərəkətləri seçmək yolu ilə fiziki terapiya və məşq prosesini planlaşdırmaq bacarıqlarına yiyələnmələrini təmin etməkdir. Nəzəri və praktiki hissədən ibarət təlimə 90 nəfər qatılıb. Peşəkar təlimçi Roman Yahoda, idmançılar, məşqçilər, fiziki tərbiyə müəllimləri, Akademiyanın tələbələri və müəllimləri, reabilitasiya üzrə mütəxəssislər, həkimlər, fizioterapevtlərin iştirakı ilə keçən təlim maraqla qarşılanıb.