İDMAN


Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçilər üçün üzgüçülük üzrə seminar keçiriləcək

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azərbaycan Üzgüçülük Federasiyasının və Akademiyanın birgə təşkilatçılığı ilə məşqçilər üçün üzgüçülük üzrə seminar keçiriləcək.

Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarın bir neçə hissədən ibarət olunacağı nəzərdə tutulub. Hər bir hissə iki gün davam edəcək .

Tədbirdə Azərbaycanda inşa edilmiş Olimpiya komplekslərinin üzgüçülük hovuzlarında məşqçiləri, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarında fəaliyyət göstərən məşqçilər, Akademiyanın 3-4-cü kursda əyani və qiyabi təhsil alan tələbələr iştirak edəcəklər.

Seminarda ümumilikdə 170-ə yaxın məşqçinin iştirakı planlaşdırılır. Seminarı Azərbaycan Üzgüçülük Federasiyasının dəvət etdiyi hazırda dünya rekordçusu macar üzgüçü Sebastyan Sabonun məşqçisi olan, üzgüçülük üzrə tanınmış məşqçi İvan Petrov keçəcək.

Tədbir federasiyanın plan təqviminə uyğun olaraq təşkil edilib.

Seminarın açılış mərasimi mayın 8-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olacaq.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.