İDMAN


Bədən Tərbiyəsi və İdman Akademiyasının ingilis dilli magistr proqramları üzrə dərslər britaniyalı müəllimlər tərəfindən keçirilir

Bakı, 9 dekabr, AZƏRTAC

Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ingilis dilində tədris olunan hər üç magistr proqramı üzrə təhsil alan tələbələrinə dərslər Böyük Britaniyanın qabaqcıl universitetlərinin professor-müəllim heyəti tərəfindən keçirilir.

Akademiyadan AZƏRTAC-a bildiriblər ki, Böyük Britaniyada tədris-təcrübə səfərində olan “İdman menecmenti” ixtisasının I və II kurs magistrantlarına Lafbra Universitetində aparılan tədris modulundan sonra Bornmut Universitetində professor Stiv Tauna tərəfindən “Biznes qərarları üçün maliyyə bacarıqları” fənni tədris edilir. Həmçinin Akademiyanın idman jurnalistikası studiyasında “İdman jurnalistikası” ixtisasının I kurs magistrantlarına BBC-nin keçmiş studiya meneceri, Şeffild Hallam Universitetinin Media, incəsənət və kommunikasiya departamentinin baş müəllimi Riçard Vilson tərəfindən “Audio və radio jurnalistikası” fənni keçirilir. Tibbi elmi-tədris laboratoriyasında “İdman tibbi və reabilitasiya” ixtisasının I kurs magistrantlarına isə London Kollec Universitetinin (UCL) İdman, Məşq və Sağlamlıq İnstitutunun kliniki fizioterapiya mütəxəssisi və fəxri müəllimi Bryus Paton tərəfindən “Bərpa və reabilitasiyanın əsasları” və “Aşağı ətraf zədələnmələri və onların reabilitasiyası” fənləri tədris olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.