CƏMİYYƏT


Bədənin gündəlik ritmi yaraların müalicə prosesinə təsir göstərir

Bakı, 17 noyabr, AZƏRTAC

Genetika elmində yeni irəliləyişlər yaraların müalicə prosesinə bədənin gündəlik ritminin təsir etdiyini göstərir.

AZƏRTAC xəbər verir ki, britaniyali tədqiqatçılar gündüz baş verən xəsarətlərini gecə olanlardan iki dəfə sürətli sağaldığını aşkar ediblər. Alimlər yaraların daha tez sağalmasını təmin etmək üçün bunun gələcəkdə bir ipucu olduğunu düşünürlər.

İngiltərənin Kembric Universitetində molekulyar biologiya bölməsinin mütəxəssisləri gələcəkdə yaraları çox daha sürətlə sağalda biləcəklərini deyiblər.

Mançesterdə yanıq şöbəsində müalicə alan xəstələr arasında aparılan araşdırmalar zamanı fibroblast adlanan hüceyrələrin gündüz saatlarında daha təsirli olduğunu müəyyən edilib. Bu hüceyrələr zədədən dərhal sonra yara sahəsinə toplanır və sağalma prosesinə təkan verir.

Tədqiqat sağalma prosesini sürətləndirən təxminən 30 genotipin gündüz saatlarında daha aktiv olduğunu aşkar edib.

Lakin bu müalicəyə qarşı olan alimlər də var. Onlar genetik müdaxilələrin müxtəlif xəstəliklərə, xüsusilə də xərçəngə səbəb olacağını söyləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.