CƏMİYYƏT


Bədii Şura AzTV-də işin düzgün və səmərəli qurulmasını prioritet hesab edir

Bakı, 14 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda QSC sədri Rövşən Məmmədov Azərbaycan Televiziyasında siyasi və ideoloji işin düzgün qurulmasının və səmərəli iş prinsipinin hər zaman prioritet vəzifə hesab edildiyini diqqətə çatdırıb.

O, texniki bazanın təkmilləşdirilməsinin QSC-nin diqqət ayırdığı əsas məqamlardan biri olduğunu deyib.

Rövşən Məmmədov qeyd edib ki, verilişlərin daha effektiv hazırlanması üçün yaxın gələcəkdə yeni kameralar, səs avadanlıqları alınacaq. İclasda Bədii Şuranın üzvləri Azərbaycan Televiziyasının efir strukturu, hazırlanan verilişlərin bədii tərtibatı, diktor və aparıcıların peşəkarlıq səviyyəsi ətrafında diskussiyalar aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.