İDMAN


Bədii gimnastika ulduzları yenidən Milli Gimnastika Arenasında

Bakı, 29 aprel, AZƏRTAC

Son illərdə xarici idmançılar üçün sevimli təlim-məşq və yarış məkanına çevrilmiş Milli Gimnastika Arenası yenidən öz qapılarını dünyaca məşhur bədii gimnastlar üçün açacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 2021-ci ildə bədii gimnastika üzrə dünya kubokunun mayın 7-9-da mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq keçirilməsinə icazə verib. “Tokio-2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kuboku yarışlarının baş tutması ilə bağlı həm ölkə təmsilçilərimiz, həm də xarici gimnastlar üçün sevindirici olub.

Azərbaycanı bu yarışda Yay Universiadasının gümüş medalçısı, İslam Həmrəyliyi Oyunlarının qalibi, Olimpiya Oyunlarına lisenziya qazanmış Zöhrə Ağamirova, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova, eləcə də son Avropa çempionatının üçqat medalçısı, Olimpiya Oyunlarına lisenziya qazanmış qrup hərəkətləri komandası təmsil edəcək.

Dünya kubokunda 36 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup) və fərdi proqram üzrə 63 gimnast mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.