İDMAN


Bədii gimnastika üzrə Azərbaycan və İtaliya milliləri arasında görüş keçirilib

Bakı, 11 mart, AZƏRTAC

Bədii gimnastika üzrə Azərbaycan və İtaliya milli komandaları arasında bu ölkənin Desio şəhərində görüş keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, görüşdə böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova, Veronika Qudis, Darya Sorokina, qrup hərəkətləri komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova mübarizə aparıblar. Həmçinin gənclər arasında fərdi gimnastlarımız Arzu Cəlilova, Nərminə Səmədova və Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət qrup komandası da yarışda iştirak edib.

Mövsümün əvvəlində ənənəvi olaraq matç görüşləri keçirən İtaliya millisinin Azərbaycan komandası ilə ilk görüşü uğurlu keçib. Millimizin üzvləri üçün Desio səfəri yoxlama məşqi xarakteri daşıyıb. Milli komandalar təcrübə mübadiləsi apararaq, proqramlarını tam şəkildə icra ediblər. Bununla yanaşı, gimnastlar yeni çıxışlarını da yerinə yetiriblər. Görüşdə beynəlxalq yarışlara hazırlıq səviyyəsi də dəyərləndirilib.

Görüşdən bir gün sonra Azərbaycan millisinin baş məşqçisi Mariana Vasileva İtaliya məşqçilərinə ustad dərsləri keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.