İDMAN


Bədii gimnastika üzrə Moldova millisinin Bakı turniri üçün heyəti açıqlanıb

Bədii gimnastika üzrə Moldova millisinin Bakı turniri üçün heyəti açıqlanıb

Bakı, 1 aprel, AZƏRTAC

Aprelin 14-dən 16-dək Bakıda Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnir keçiriləcək.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, budəfəki yarışda gənc bədii gimnastlara böyüklər də qoşulacaqlar.

Moldova milli komandasının Bakı turniri üçün heyəti açıqlanıb. Yarışda Moldovanı dörd gimnast – böyüklərin mübarizəsində Daria Sliusarenko, Evelina Rusika, gənc gimnastlar kateqoriyasında isə Veronika Sturmilova və Yevgenia Karaman təmsil edəcək.

Azərbaycan ilk dəfə 2018-ci, daha sonra isə 2019-cu ildə bu növ üzrə gənclər arasında “AGF Trophy” adlı beynəlxalq turnirə ev sahibliyi edib. Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.

Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.