İDMAN


Bədii gimnastika üzrə millimizin məşqçisi FIG-nin Atletlər Komissiyasına üzv seçilib

Bakı, 31 oktyabr, AZƏRTAC

Yaponiyanın Kitakyuşu şəhərində təşkil olunan bədii gimnastika üzrə dünya çempionatı çərçivəsində Beynəlxalq Gimanstika Federasiyasının (FIG) Atletlər Komissiyasının üzvlüyünə seçkilər keçirilib.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu seçkilərdə hazırda bədii gimnastika üzrə yığma komandamızın məşqçisi, Avropa çempionatının üçqat mükafatçısı, çoxsaylı beynəlxalq yarışların qalib və medalçısı Siyana Vasileva da öz namizədliyini irəli sürüb.

Oktyabrın 26-da keçirilmiş seçkilərin ilk mərhələsində ümumilikdə 6 ölkə təmsilçisi iştirak edib. İki gün sonra keçirilmiş son seçkilərdə isə 3 ölkə nümayəndəsi rəqabət aparıb. S.Vasileva rəqiblərini üstələyərək, bədii gimnastların rəsmi nümayəndəsi seçilib.

Azərbaycanın bədii gimnastika tarixində ilk dəfədir ki, təmsilçimiz Atletlər Komissiyasına üzv seçilib. Bədii gimnastların nümayəndəsi kimi, S.Vasileva avtomatik olaraq FIG-nin bədii gimnastika üzrə Texniki Komitəsinin iclaslarında atletləri təmsil edəcək.

O, Atletlər Komissiyasının üzvü kimi fəaliyyətini 2022-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək davam etdirəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.