İDMAN


Bədii gimnastika və aerobika üzrə Azərbaycan çempionatları davam edir

Bakı, 11 oktyabr, AZƏRTAC

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Çempionatın ikinci günündə balaca gimnastlar alətsiz, halqa və gürzlərlə proqramlarını təqdim edirlər.

Aerobika gimnastları isə bütün yaş qruplarında təsnifat yarışlarında mübarizə aparırlar.

Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançı iştirak edir. Bakı üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” klublarının, “Zirvə International”, Zabrat idman klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.