İDMAN


Bədii gimnastımız Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə Avropa çempionatının finalına yüksəlib

Bakı, 17 may, AZƏRTAC

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan idmançısı Zöhrə Ağamirova fərdi proqramda halqa ilə hərəkətlərdə finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə gimnastlarımızdan Zöhrə Ağamirova və Veronika Qudis halqa və topla hərəkətlərdə məharətlərini göstəriblər. Z.Ağamirova halqa ilə hərəkətlərdə 20,050 xal toplayaraq səkkizinci yeri tutub. Təmsilçimiz bu nəticə ilə finala vəsiqəni təmin edib. V.Qudis isə halqa ilə hərəkətlərdə 18,250 xalla 19-cu pillədə qərarlaşıb.

Topla hərəkətlərdə isə Z.Ağamirova 20,050 xalla doqquzuncu, V.Qudis isə 17,900 xalla 26-cı olublar.

Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənclərdən ibarət komandalar çıxış edəcəklər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Avropa çempionatının birinci günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülük yarışlarında beş halqa ilə çıxış ediblər. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız hakimlərdən 21,650 xal alaraq beşinci olub.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.