İDMAN


Bədii gimnastlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin fəalları ilə görüşüblər

Bakı, 12 may, AZƏRTAC

Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Sağlam həyat sağlam idmanın nəticəsidir” adlı tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində mərkəzin fəal uşaqlarının bədii gimnastika üzrə yığma komandanın üzvləri, Avropa çempionatının gümüş və üçqat bürünc mükafatçısı, Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarının qalibi və gümüş mükafatçısı Zeynəb Hümmətova və dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibi, Yay Universiadasının ikiqat gümüş mükafatçısı, “Tokio-2020” Yay Olimpiya Oyunlarının iştirakçısı Zöhrə Ağamirova ilə görüşü baş tutub.

Tədbirin təşkilində məqsəd uşaqlarda təhlükəsiz və sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması, fiziki inkişafın təbliğı olub.

Görüş zamanı idmançı qızlar uşaqlarla səmimi söhbət aparıb, onları maraqlandıran sualları cavablandırıblar.

Bədii gimnastlar, həmçinin məktəblilərə öz tövsiyələrini verib, idmanın Azərbaycanı dünyanın müxtəlif ölkələrində tanıdan vasitə olduğunu diqqətə çatdırıblar. Onlar mərkəzin fəal yeniyetmə və gənc üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.