İDMAN


Bədii gimnastlarımız Avropa çempionatının ikinci günündə halqa və top ilə çıxış edirlər

Bakı, 17 may, AZƏRTAC

Mayın 17-də Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa çempionatının ikinci gününün yarışları start götürüb.

AZƏRTAC xəbər verir ki, gimnastlar fərdi yarışlarda halqa və top ilə hərəkətlərdə mübarizə aparırlar. Bu yarışda Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edir.

Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər. Çempionata 35 ölkədən gimnastlar qatılıblar.

Çempionatın birinci günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülükdə - beş halqa ilə çıxış ediblər. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız hakimlərdən 21,650 xal alaraq beşinci olub.

Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.