İDMAN


Bədii gimnastlarımız İsrail Qran-Prisində bürünc medal qazanıblar

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycanın bədii gimnastika üzrə milli komandası İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-Pridə ilk medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandamız çoxnövçülük yarışında bürünc medala sahib olub.

Onların çıxışı hakimlər tərəfindən 87,600 balla qiymətləndirilib.

Qeyd edək ki, Qran-Priyə iyulun 17-də yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.