İDMAN


Bədii gimnastlarımız İsraildə keçirilmiş Qran-Pri yarışlarında beş medal qazanıblar

Bakı, 19 iyul, AZƏRTAC

Olimpiya Oyunlarından əvvəl bədii gimnastlarımızın sonuncu sınağı İsraildə təşkil edilmiş Qran-Pri yarışları olub.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə iştirak etmək üçün Zöhrə Ağamirova, Arzu Cəlilova, eləcə də qrup hərəkətləri komandasının heyətində Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan və Nərminə Səmədova Tel-Əviv şəhərinə yollanıblar.

Qızlarımız komandamızın hesabına 5 bürünc medal yazdırıblar. Qrup hərəkətləri komandamız yarışda “het-trik” edib. Onlar yarışın birinci günündə çoxnövçülükdə, final günü isə həm 5 top, həm də 3 halqa və 2 cüt gürzlərlə çıxışlarına görə bürünc medal qazanıblar.

Daha iki bürüncü isə komandamızın aktivinə A.Cəlilova yazdırıb. Gənclərin dünya çempionatının ikiqat mükafatçısı olan A.Cəlilova Qran-Pri ilə birlikdə keçirilmiş beynəlxalq turnirdə top və gürzlərlə çıxışına görə dubl edib. Lentlə hərəkətlərdə finala adlamış Olimpiya Oyunlarına lisenziya sahibi Z.Ağamirova isə həlledici mərhələdə 5-ci yerdə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.