Bədii özfəaliyyət kollektivlərinin müsabiqəsi keçirilir
AzerTAg.az
Bakı, 29 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında bədii özfəaliyyət kollektivlərinin müsabiqəsi keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd mədəniyyət müəssisələrinin işinin daha da təkmilləşdirilməsi, özfəaliyyət işinin, mili musiqi və folklor janrının inkişaf etdirilməsidir.
Müsabiqədə Baş İdarənin şəbəkəsinə daxil olan mədəniyyət evləri və klubların 30 bədii özfəaliyyət kollektivi xalq çalğı alətləri, rəqs kollektivləri, muğam üçlüyü və vokal-estrada üzrə iştirak ediblər.
Müsabiqə bitdikdən sonda isə qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Qaliblər Fəxri fərman, hədiyyə və mükafatlara layiq görüləcəklər.





Xəbərin mətnində orfoqrafik səhv var