İDMAN


Bədii və aerobika gimnastlarının yarış həyəcanı başa çatıb

Bakı, 14 oktyabr, AZƏRTAC

İrimiqyaslı beynəlxalq yarışlardan sonra bu dəfə Milli Gimnastika Arenasında yerli turnirlərin həyəcanı yaşanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müxtəlif şəhər və bölgələrindən bədii gimnastlar 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubokda, aerobika gimnastları isə 5-ci ölkə birinciliyi və Bakı çempionatında birincilik uğrunda mübarizə aparıblar.

Dörd günlük yarışlarda bədii gimnastika təmsilçiləri 4 yaş qrupunda fərdi və qrup hərəkətləri proqramında, aerobika gimnastları isə 4 yaş kateqoriyası üzrə fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında çıxış ediblər.

Bədii gimnastika yarışlarında Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə International” klubları, və Respublika Kompleks İdman Məktəbinin, Xırdalan, Sumqayıt, Mingəçevir, Şirvan, Zaqatala, Qusar və Naxçıvanın, aerobika gimnastikası üzrə yarışlarda isə “Ocaq Sport” klubunun yetirmələri fərqlənənlər sırasına daxil olublar.

Gimnastika növləri üzrə növbəti yerli yarışlar noyabrda baş tutacaq. Noyabrın 8-də tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi, bir gün sonra isə batut gimnastikası üzrə 5-ci Azərbaycan çempionatı və birinciliyi təşkil ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.