REGİONLAR


Bədii yaradıcılıq müsabiqə-festivalında qalib gələn tələbələr mükafatlandırılıblar

Naxçıvan, 6 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalında qalib gələn Naxçıvan Dövlət Universitetinin tələbələri mükafatlandırılıblar.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə təşkil edilən tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının, tələbə klublarının, komandaların birgə fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, gəncliyin gücü yalnız ondan səmərəli istifadə olunduqda müsbət nəticə verə bilər. Rektor müsabiqədə fəallıq göstərən tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

Milli rəqs nominasiyası üzrə qalib gələn komandaya Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı, hədiyyə və universitetin təşəkkürnaməsi təqdim edilib. Solo rəqs, milli və dünya xalqlarının çalğı alətləri və vokal nominasiyası üzrə II yeri qazanan tələbələr də fəxri fərman və təşəkkürnamə ilə təltif olunublar. Milli rəqs üzrə tələbələrin hazırlanmasında əməyi olan universitetin tələbə teatr studiyasının rəhbəri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Gülxarə Əhmədovaya və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Meliorasiya və Geodeziya mühəndisliyi kafedrasının müəllimi Hüseyn İmanova universitetin təşəkkürnaməsi təqdim edilib.

Sonda Şərur yallısı nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.