MƏDƏNİYYƏT


Bədii yaradıcılıq uşaqlarda gözəllik hissini inkişaf etdirir

Bakı, 13 yanvar, Ayişə Axundova, AZƏRTAC

Yanvarın 13-də Yasamal rayonundakı 117 nömrəli uşaq bağçasında “Qış nağılı uşaqların gözü ilə” adlı sərgi keçirilib. Sərgidə bu məktəbəqədər təhsil ocağının yetirmələrinin tərbiyəçilərin və valideynlərin köməyi ilə Yeni il mövzusunda hazırladıqları dekorativ əl işləri nümayiş etdirilib.

Uşaq bağçasının müdiri Solmaz Hacıyeva bildirib ki, bu, bağçada təşkil edilən ikinci sərgidir. Məktəbəqədər yaşda olan uşaqların təlim-tərbiyəsi üçün bağçada hər cür şərait yaradılıb. Ötən ilin oktyabrında keçirilən ilk sərgi “Qızıl payız” adlanıb. O bildirib ki, bağçada estetik tərbiyəyə və bədii yaradıcılığa xüsusi diqqət yetirilməsi uşaqlarda gözəllik hissini inkişaf etdirir, kreativ təfəkkürün formalaşmasına şərait yaradır.

Sonra sərgi ilə tanışlıq olub. Parlaq və rəngbərəng dekorativ əl işləri hamıda xoş təəssürat oyadıb. Uşaq bağçasının tərbiyəçiləri Elnarə Mustafazadə, Dilşad Əliyeva, valideynlər komitəsinin üzvləri Aysel Əşrəfli və Lamiyə Adıgözəlova uşaqlara fəxri fərmanlar və hədiyyələr təqdim ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.