CƏMİYYƏT


Bədxassəli şiş diaqnozu qoyulanların əksəriyyəti qadınlardır

Bakı, 9 sentyabr, AZƏRTAC

Ötən il Azərbaycanda 530 min xəstə bədxassəli şişlərlə xəstələnmə nəticəsində müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub. Bir il əvvəl isə qeydiyyatda olanların sayı 493 min 700 nəfər idi.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən il ilk dəfə qoyulmuş diaqnozla 12 min 107 nəfər qeydiyyata alınıb. Onlardan 5 min 807 nəfəri kişi, 6 min 300 nəfəri qadın olub.

İlk dəfə diaqnoz qoyulanlardan 2 min 122 nəfər süd vəzisi, 1 359 nəfər traxeya, bronx və ağciyər, 1277 nəfər mədə, 635 nəfər düz bağırsaq, 446 nəfər qida borusu, 220 nəfər qırtlaq, 205 nəfər ağız boşluğu və udlaq, 59 nəfər dərinin melonoması, 18 nəfər dodaqların xərçəngi xəstəliyindən əziyyət çəkib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.